Çərşənbə axşamı
Mar 11

İftar vaxtı – Ramazanın on ikinci günü, 12 mart 2025-ci il

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ramazanın on ikinci günü – 12 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:

✅İmsak (orucun başlanğıcı): 05:31
✅ İftar (orucun bitməsi): 18:59


-Bu günün duası:

"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi- ismətikə ya ismətəl-xaifin."

-Tərcüməsi:

"ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi."

İftar duası

Bismillahir-Rəhmanir-Rəhim.
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli”.


Tərcüməsi:

Bağışlayan və mehriban Allahın adı ilə.
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.