0
Şənbə
Yan 11

"Barselona" Raşford uğrunda yarışa qatılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Barselona" "Mançester Yunayted"in vingeri Markus Raşfordu transfer etmək üçün bir sıra Avropa klubları ilə rəqabət aparmağa hazırlaşır.

King.Az xəbər verir ki, bu barədə "Championat" məlumat verib.

Qeyd olunur ki, Kataloniya klubu ingilis futbolçunun transferini təmin etmək üçün mümkün olan hər şeyi edir. "Barselona" Raşfordu cari mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

Raşfordun agenti və klub arasında ilkin görüş baş tutub. Oyunçu özü də "Barselona"ya transfer olunmasına müsbət baxır.

Raşfordun xalis maaşı 10 milyon avrodur. Futbolçu "Barselona"ya keçmək müqabilində mövsümün qalan yarısı üçün 5 milyon avronun 2 milyonundan imtina etməyə hazırdır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.