Şənbə
Avq 16

Ronaldunun toydan əvvəl Rodrigesə aldığı hədiyyələrin dəyəri məlum olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu toydan əvvəl Corcina Rodriges üçün hədiyyələrə 366 min dollar xərcləyib.

King.Az bu barədə "Daily Mail" nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, futbolçu ona yeni avtomobil, bahalı kosmetika, ətir, saat və paltar hədiyyə edib.

Ronaldunun Rodrigeslə evliliyi avqustun 11-də məlum olub. Argentinalı model barmağında nişan üzüyü olan fotosunu sosial şəbəkələrə yerləşdirib.

Ronaldu və Rodriges 2018-ci ildə nişanlandıqlarını açıqlamışdılar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.