Bazar ertəsi
Avq 18

Ofis lampalarından elektrik enerjisi hasil dən günəş panelləri hazırlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Böyük Britaniya, Çin və İsveçrədən olan alimlər hətta süni işıqlandırmada elektrik enerjisi istehsal edə bilən günəş panellərinin yeni növünü yaradıblar.

King.Az 4PDA-ya istinadla xəbər verir ki, yeni panellər həmçinin lampaların müəyyən spektri üçün uyğunlaşdırıla bilər.

Bildirilir ki, bu da belə bir həlli uzaqdan idarəetmə və sensorlar kimi kiçik cihazları gücləndirmək üçün ideal hala gətirir.

Məlumata görə, laboratoriya şəraitində yeni fotoelektrik elementlər rekord səmərəlilik göstərib - otaqdakı işığın 37,6%-i (1000 lüks işıqlandırmada) elektrik enerjisinə çevrilir.

Onlar həmçinin 100 günlük əməliyyatdan sonra səmərəliliklərinin 92%-ni qoruyub saxlayıblar.

Tərtibatçılar panellərin ən azı beş il işləyə biləcəyinə və istehsalının ucuz olacağına əmindirlər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.