Çərşənbə
May 21

Fernando Muslera ilə vidalaşan "Qalatasaray" polşalı qolkiperlə danışıqlara başlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Mövsüm sonunda müqaviləsi başa çatacaq olan Fernando Muslera ilə vidalaşan "Qalatasaray" uruqvaylı qolkiperin boşluğunu polşalı qapıçı Marçin Bulka ilə doldura bilər.

King.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, hazırda Fransanın "Nitsa" klubunun şərəfini qoruyan Bulka "Qalatasaray"da çıxış etmək istədiyini və təklif olunacaq bütün detalları qəbul edəcəyini bildirib.

199 sm boyu olan qolkiper UEFA Çempionlar Liqasında çıxış etmək istədiyindən "Qalatasaray"dan gələcək son təklifi gözləyir.

Tərəflər arasında razılıq əldə olunmayacağı təqdirdə "sarı qırmızılar" daha öncə icarə əsasında transfer olunan ukraynalı qolkiper Andrey Luninin keçidi üçün çalışacaqlar.

Qeyd edək ki, Marçin Bulkanın 25, Andrey Luninin isə 26 yaşı var.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.