Bazar
Avq 10

Trampın Alyaskada Putinlə görüşü zamanı Zelenskinin harada olacağı müəyyənləşib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukrayna lideri Volodimir Zelenski çox güman ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü zamanı Alyaskada olacaq.

King.Az bildirir ki, bu barədə CNN telekanalı Ağ Evdəki iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrdən biri Trampın hər iki liderlə üçtərəfli sammitə hazır olduğunu bildirib. Bununla belə, Ağ Ev Putinin sorğusu əsasında ikitərəfli görüş hazırlayır.

Eyni zamanda, Zelenskinin Alyaskadakı bəzi görüşlərdə iştirakı da istisna edilmir. Lakin Ukrayna prezidenti ilə istənilən danışıqların yalnız Putinlə Trampın görüşündən sonra baş tutacağı vurğulanır.

Xatırladaq ki, Tramp Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini açıqlamışdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.