Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanan "Qarabağ" Sumqayıt "Xəzər"inin rekordunu təkrarlayıb.
King.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqi ilə qalib gəlib.
Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək dörd dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.
Buna nail olan ilk komanda Sumqayıtın "Xəzər" klubu olub. O, 1992-ci ildə belə uğur qazanıb. "Kəpəz" 1994/95, "Neftçi" isə iki dəfə - 1996/97 və 2000/01 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. "Qarabağ" son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə "Araz-Naxçıvan"ı 4:1, "Kəpəz"i 3:0 və 5:0, "Neftçi"ni 4:0, "Şamaxı"nı 3:0, "Zirə"ni 4:0, "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

Oxşar Mövzular

ABŞ etirazçıları dəstəkləmək üçün İrana zərbə endirməyi nəzərdən keçirir
12-01-2026, 14:00Echoes of Summer 🍹 | Chill Vibes ft. Alan Walker Style 2025#006
10-05-2025, 15:43