Almaniya hökuməti hər il 40 minə qədər 18 yaşlı vətəndaşı könüllü hərbi xidmətə cəlb etmək üçün proqram hazırlayıb.
King.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) Almaniya Müdafiə Nazirliyinin planına istinadən məlumat verib.
"2031-ci ilə qədər biz çevik şərtlər və rəqabətqabiliyyətli əməkhaqqı təklif etməklə, hədəf göstəricisinə çatacağıq", - deyə qurumun sənədində bildirilib.
Bundesver sayının 2035-ci ilə qədər 182 mindən 260 minə çatdırılması planlaşdırılır. Ehtiyat kontingent isə 60 min nəfərdən 200 min nəfərə qədər artacaq.
Oxşar Mövzular
Sabah bəzi universitetlərdə tədris onlayn aparılacaq
24-02-2025, 20:49
"Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq
17-01-2026, 15:34