Rusiyadan Ermənistana təbii qazın verilməsi Gürcüstan ərazisində təcili bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
King.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə "Qazprom Ermənistan" şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.
"Martın 18-i saat 09:00-dan 18:00-dək "Şimali Qafqaz-Cənubi Qafqaz" tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən "Qazax-Saquramo" hissəsində (DN 1000) fövqəladə təmir işləri aparılacaq, bununla əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, göstərilən müddətdə ölkədə istehlakçıların qazla təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.

Oxşar Mövzular
Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi
12-02-2025, 12:01Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?
1-05-2025, 15:23Təzyiq xəstəliyi bu yaşda yaranır
30-10-2024, 11:13