"Truth Social" sosial şəbəkəsinin sahibi olan "Trump Media and Technology Group" (TMTG) media şirkəti "Bitcoin"ə (BTC) yatırımlarının 2 milyard dollara çatdığını açıqlayıb. Şirkət bu məbləğlə "Bitcoin" və onunla əlaqəli qiymətli kağızlar əldə edib.
King.Az xəbər verir ki, bu barədə məlumat şirkətin press-relizində yer alıb.
Hazırda "Bitcoin" aktivləri "Trump Media" şirkətinin likvid vəsaitlərinin təxminən üçdə ikisini təşkil edir və bu aktivlərin ümumi dəyəri təxminən 3 milyard dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, ABŞ-nin Prezidenti Donald Tramp şirkətin səhmlərinin təxminən 60 faizinə sahibdir.
Oxşar Mövzular

Azərbaycan Kubokunun 1/4 finalında ən çox oynayan klublar
5-12-2025, 16:12
Arzuxanim - Firuze (Kiskanir rengini baharda yeşiller)
19-12-2024, 20:58