"Şamaxı" klubu tarixində 20-ci, "Sumqayıt" isə 10-cu dəfə futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak edəcək.
King.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, 1/4 finalçılar arasında ən yüksək göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atan "Neftçi" ilə fərqi azaldacaq.
Mərhələnin digər iştirakçılarından "Qəbələ" və "Kəpəz" 17-ci, "Zirə" 11-ci, "Sabah" 7-ci, "Turan Tovuz" 2-ci dəfə 1/4 finalda oynayacaq.
Oxşar Mövzular
Gündəlik Bürclər-(04.11.2024)
4-11-2024, 00:12İlin ilk "El-Klasiko"su: "Real Madrid" - "Barselona" ilə qarşılaşacaq
12-01-2025, 19:55