Yeni tədqiqatlar göstərir ki, iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən ABŞ-də baş verən fırtınalar getdikcə daha ölümcül və dağıdıcı olur. Məhz buna görə yaxın zamanda ölkəni "əsrin fırtınası" adlanan güclü təbii hadisə bürüyə bilər.
King.Az bu barədə CNN-ə istinadən xəbər verir.
Alimlər 1940-2025-ci illər arasında Şimal-şərq bölgəsində baş verən fırtınaları tarixi məlumatlar və siklon izləmə alqoritmi vasitəsilə araşdırıblar. Onlar bu fırtınaların rəqəmsal atlasını tərtib edib ümumilikdə 900 hadisəni analiz ediblər və ən güclü şimal-şərq küləklərinin maksimal sürətinin təxminən 6% artdığını aşkarlayıblar.
Pensilvaniya Universitetindən iqlimoloq Maykl Mannın sözlərinə görə, külək sürətinin 6% yüksəlməsi fırtınanın dağıdıcı potensialının 20% artmasına bərabərdir.
Bundan əlavə, dəyişikliklər əvvəlki qeydlərdən 10% daha çox yağıntıya səbəb ola bilər.
Mann həmçinin bildirib ki, ABŞ-də artıq müşahidə olunan ciddi daşqın riskləri də artır.
Qeyd edilir ki, əvvəlki "əsrin fırtınası" 1993-cü ilin mart ayında baş verib. O zaman küləyin sürəti saatda 100 mil (təxminən 44.7 m/s) olub və nəticədə, 200 nəfər həyatını itirib.
Oxşar Mövzular
Harri Keyn Didye Droqbanı qabaqladı
23-10-2025, 15:19A Seriyası: "Yuventus" "Roma" ilə bacarmadı
7-04-2025, 11:27“Milan”dan məğlubiyyət, “İnter”dən qələbə
23-02-2025, 02:16