Bazar ertəsi
Apr 07

A Seriyası: "Yuventus" "Roma" ilə bacarmadı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliya A Seriyasında 31-ci turun maraqlı qarşılaşması başa çatıb.

King.Az xəbər verir ki, "Roma" doğma azarkeşləri önündə "Yuventus"u qəbul edib.

Qonaqlar ilk hissədə hesabı açsalar da, meydan sahibləri ikinci hissədə bərabərlik qolunu vurmağı bacarıblar. Bununla da, komandalar heç-heçə edərək xalları yarıya bölüblər - 1:1.

Hazırda A Seriyasının turnir cədvəlində "Yuventus" 56 xalla 5-ci, ondan 3 xal geri qalan paytaxt təmsilçisi isə 7-ci yeri tutur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.