1
Cümə axşamı
Okt 23

Harri Keyn Didye Droqbanı qabaqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) 45-ci qolunu vuraraq, bütün zamanların bombardirləri siyahısında 17-ci yerə yüksəlib.

King.Az xəbər verir ki, 32 yaşlı ingiltərəli forvard "Çelsi"nin sabiq hücumçu Didye Droqbanı (44) geridə qoyub.

Keyn ÇL-də cəmi 60 oyun keçirib. Droqba isə qitənin ən nüfuzlu klub turnirdə 92 matçda meydana çıxıb. ÇL-də qol rekordu Kriştianu Ronalduya məxsusdur (140).

Qeyd edək ki, Keynin heyətində yer aldığı "Bavariya" klubu ÇL-in əsas mərhələsinin 3-cü turunun oyununda "Brügge"ni 4:0 hesabı ilə məğlub edib. Almaniyada keçirilən qarşılaşmada qollardan birini Keyn vurub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.