Çərşənbə
May 28

Moskva zooparkında naməlum şəxs heyvanları zəhərləməyə çalışıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Moskva zooparkında naməlum şəxs heyvanları zəhərləməyə cəhd edib. O, heyvanların saxlandığı yerlərə mənşəyi naməlum həblər atıb.

King.Az-ın xəbərinə görə, bu barədə zooparkın baş direktoru Svetlana Akulova "Telegram" kanalında məlumat verib.

Baş verənlərlə əlaqədar hazırda zooparkda bütün volyer və qəfəslər yoxlanılır, həmçinin aşkarlanmış maddələrin ekspertizası aparılır.

Baş direktor bildirib ki, zoopark daxili araşdırmaya başlayıb və cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığa edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.