0
Şənbə
Yan 04

Lebron Ceyms NBA-da tarixi nailiyyətə imza atdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Los Anceles Leykers" komandasının lideri Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində 40 və daha yuxarı yaşda bir oyunda 35+ xal toplayan, həmçinin beş və ya daha çox üç xallıq zərbələr vuran ilk oyunçu olub.

King.Az xəbər verir ki, bu barədə "StatMamba" statistik xidməti məlumat yayıb.

Ceyms öz nailiyyətinə NBA müntəzəm mövsümünun "Portlend Treyk Bleyzers" ilə son matçında nail olub (114:106). Bu görüşdə Lebron qövsün arxasından yeddi zərbə ataraq 38 xal toplayıb.

Ötən il dekabrın sonunda onun 40 yaşı tamam olub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.