1
Cümə axşamı
Okt 02

Ərəbistan səhrasında 12 min illik nəhəng qayaüstü rəsm tapıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ərəbistan səhrasının qədim sakinləri su mənbələrini işarə etmək üçün monumental qayaüstü sənət əsərləri, o cümlədən dəvələrin canlı təsvirlərini yaradıblar.

King.Az xəbər verir ki, bu barədə araşdırma "Nature Communications" nəşrində dərc olunub.

Səudiyyə Ərəbistanındakı Nafud səhrasında qədim sənət nümunələri ilk dəfə 2022-ci ildə kəşf edilib. Qısa müddət ərzində ərazidə təxminən iki yüz təsvir aşkar edilib.

Son tapılan nəhəng təsvir üç metr uzunluğundadır və 40 metrdən çox hündürlükdəki uçurumun üzərində yerləşir.

Rəsmin yaxınlığında müxtəlif alətlər də tapılıb. Bu artefaktların tarixi 12 800-11 400 il arasında dəyişir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.