"ABŞ Prezidenti Donald Trampın administrasiyası aydın olmayan məqsədlərlə xaricdə müddətsiz hərbi əməliyyatlara başlamaq niyyətində deyil".
King.Az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Trampın Yaxın Şərqə səfəri ABŞ-nin digər ölkələrin daxili işlərinə qarışmaq siyasətindən imtina etməsi ilə diqqət çəkib. Vens vurğulayıb ki, Vaşinqton realizmə və ABŞ-nin əsas milli maraqlarının qorunmasına əsaslanan strategiyaya geri dönür.
Vitse-prezident əlavə edib ki, bu, administrasiyanın təhdidlərə məhəl qoymayacağı anlamına gəlmir. Lakin Ağ Ev bu təhdidlərə sistemli şəkildə yanaşacaq və amerikalıları yalnız "çox konkret məqsədlərlə" müharibəyə göndərəcək.
Oxşar Mövzular
General-polkovnik Kəmaləddin Heydərov Ruslan Mehtiyevə VƏZİFƏ VERDİ
11-03-2025, 23:35"Neftçi" 88 yaşını qeyd edir
18-03-2025, 14:39
