Azərbaycanı avrokuboklarda təmsil edən "Araz-Naxçıvan" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacağı matçda komandamıza 1 200 azarkeş dəstək olacaq.
King.Az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Araz-Naxçıvan" klubunun mətbuat katibi Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Araz-Naxçıvan" - "Omoniya" matçı üçün hələlik ümumilikdə 1200 bilet satılsa da, bu gün daha çox biletin satılacağını gözləyirlər.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək.
Oxşar Mövzular
2Pac & Miyagi - Other Position (DarK Boy Remix)
28-05-2025, 23:58
Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldılar
17-02-2026, 16:26Üzərliyin "qara üzü" - narkotik maddə sayılır
22-12-2024, 13:33