Cümə
Sen 19

UEFA Çempionlar Liqası: "Monako" darmadağın oldu, "Bayer" heç-heçə etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyunlar baş tutub.

King.Az xəbər verir ki, son oyun gününə iki oyunla start verilib.

Belə ki, "Brügge" "Monako" ilə, "Kopenhagen" "Bayer Leverkuzen"lə üz-üzə gəlib.

"Kopenhagen" - "Bayer Leverkuzen" qarşılaşması azərbaycanlı futbolsevərlərin daha çox diqqət mərkəzində olub. Buna səbəb oyunu Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə etməsi və "Kopenhagen"in Çempionlar Liqasının Liqa mərhələsinin növbəti turunda "Qarabağ" ilə qarşılaşacağıdır.

Həmyerlimizin idarə etdiyi matç heç-heçə ilə yekunlaşıb - 2:2. "Kopanhagen"dən Cordan Larsson və Robert fərqləniblər. Almaniya təmsilçisinin qollarını Qrimaldo və öz qapısından top keçirən Pantelis Hatsidiakos vurublar.

Turun digər matçında "Brügge" "Monako" üzərində asan qalibiyyət əldə edib - 4:1. Qolların müəllifləri Nikolo Trezoldi, Rafael Onyedika, Hans Vanaken və Mamadu Diaxon olublar. "Monako"nun təsəlli qolunu Ansu Fati vurub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.