Şənbə
May 24

ABŞ Suriyaya qarşı sanksiyaları dayandırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Dəməşqi elektrik, su və humanitar yardımla təmin etmək üçün Suriyaya qarşı sanksiyaları müvəqqəti olaraq 180 gün müddətinə dayandırıb.

King.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentinin yaydığı bəyanatda bildirib.

"Prezidentin Suriyada sanksiyaların yumşaldılmasına dair vədinə uyğun olaraq, mən 180 günlük sanksiyaların dayandırılması haqqında qərar dərc etdim. Bu, elektrik enerjisi, su və kanalizasiya ilə təminata kömək edəcək və bütün Suriyada daha effektiv humanitar yardım göstərməyə imkan verəcək", - deyə bəyanatda vurğulanıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.