Cümə
Mar 07

UEFA Avropa Liqası: "Ayaks" uduzdu, "Latsio" qalib gəldi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində daha üç matç baş tutub.

King.Az xəbər verir ki, gərgin keçən görüşlərdən biri Amsterdamda oynanılıb.

"Ayaks" Almaniya təmsilçisi "Ayntraxt Frankfurt" ilə üz-üzə gəlib. Qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb. "Ayaks"dan Brobbi, qonaqlardan isə Larsson və Sxiri fərqləniblər.

Digər oyunda Norveç təmsilçisi "Budyo/Qlimt" evdə "Olimpiakos" ilə üz-üzə gəlib. Oyun birincilərin qələbəsi ilə yekunlaşıb - 3:0.

Günün daha bir matçında "Viktoriya Plzen" ilə "Latsio" qarşılaşıb. Görüş 1:2 hesabı ilə italyanların xeyrinə başa çatıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.