0
Bazar
Apr 27

Bəzi rayonlarda külək əsib, arabir şimşək çaxıb – FAKTİKİ HAVA

HASANLY

Aprelin 2-də saat 10:00-a olan faktiki hava açıqlanıb.

King.Az bildirir ki, bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-də 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.