İran ərazisində artıq 60 saatdan çoxdur ki, internet bağlantısı yoxdur.
King.Az xəbər verir ki, bunu "NetBlocks" beynəlxalq monitorinq xidmətinin məlumatları sübut edir.
İnternetə çıxış məhdudiyyətləri yanvarın 8-i axşam saatlarında tətbiq edilib. 9 yanvar tarixində İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi girişinə məhdudiyyət qoyulmuş internet xidmətlərinin fəaliyyətinin bərpa edilməsi istiqamətində tədbirlər gördüyünü bəyan edib.
Qeyd edək ki, 2025-ci il dekabrın 29-da Tehranda rialın məzənnəsinin kəskin düşməsi səbəbindən tacirlərin etiraz aksiyaları başlayıb. Dekabrın 30-da iğtişaşlara tələbələr də qoşulub.
Oxşar Mövzular
Cəlilabadda meşədə yanğın başlayıb
15-07-2025, 14:43UEFA Avropa Liqası: 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək
6-03-2025, 13:01
