Çərşənbə
Fev 05

"Traktor"un oyunu zamanı güneyliləri təhqir edən qadın azarkeşlər HƏBS EDİLDİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bir neçə gün əvvəl Tehranın "Azadi" stadionunda "Traktor" və "Persepolis" komandalarının oyunu zamanı güneylilərə qarşı təhqiramiz şüarlar səsləndirən iki qadın azarkeş saxlanılıb.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən xəbər verib.

Məlumata görə, oyun zamanı "Persepolis" azarkeşlərinin başlatdığı münaqişədə bir neçə nəfər xəsarət alıb. Daha sonra isə İranın idman naziri Əhməd Dünyamalı tərəfindən məsələnin araşdırılması üçün iclas təşkil edilib.

"Persepolis" komandasının qadın azarkeşlərinin qeyri-etik hərəkətləri sosial mediada etirazla qarşılanıb.

Tehran Prokurorluğu tərəfindən iki qadın azarkeş müəyyən edilib və onlara qarşı cinayət işi açılıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.