Şənbə
Dek 20

Hindistanda qatar fil sürüsü ilə toqquşdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Hindistanın şərqində sərnişin qatarının fil sürüsünə çırpılması nəticəsində səkkiz heyvan ölüb.

King.Az xəbər verir ki, bu barədə PTI məlumat yayıb.

Hadisə gecə saatlarında ölkənin şərqindəki Assam ştatında baş verib.

Sayranqdan Yeni Delhiyə gedən "Rajdhani Ekspress" qatarı fil sürüsünə çırpılıb. Nəticədə beş vaqon və lokomotiv relsdən çıxıb. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Relslər zədələndiyi üçün qatarların istiqaməti dəyişdirilib, bərpa işləri aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.