Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib.
King.Az President.az-a istinadən xəbər verir ki, təbrik mətnində qeyd olunub:
"Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".
Oxşar Mövzular
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
9-10-2024, 16:00Andrey Rudenko: "Kim Çen Inın Rusiyaya səfəri hazırlıq mərhələsindədir"
27-03-2025, 22:07