"Neftçi" heyətini İngiltərənin "Tottenhem" klubunun sabiq qolkiperi ilə gücləndirmək istəyir.
King.Az "Sportinfo"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi Tom Qloverin transferində maraqlıdır.
"Neftçi" 27 yaşlı avstraliyalı qolkiperlə bir çox məsələlərdə razılıq əldə edib.
Onun yeni mövsümü Azərbaycanda keçirmək ehtimalı kifayət qədər yüksəkdir.
Tom Qlover hazırda İngiltərədə "Midlsbro"nun şərəfini qoruyur. Daha əvvəl İsveçdə "Helsinqborqs"da legioner həyatı yaşayıb.
Ölkəsində "Çentral Cost" və "Melbrun" kimi klublarda çıxış edib.
"Tottenhem"in U-23 komandasına kimi yüksəlsə də, əsas heyətdə özünə yer tapa bilməyib.
Ölkəsinin bütün aşağı yaş qruplarında çıxış etmiş əcnəbi qapıçı Avstraliya millisində hələ debüt etməyib.
Oxşar Mövzular
ABŞ Avropada interneti kəsə bilər
23-06-2025, 14:02"Real Madrid" İspaniya kubokunun final matçına çıxacaq?
26-04-2025, 13:46