0
Friday
Apr 11

UEFA Konfrans Liqası: "Fiorentina"dan vacib səfər qələbəsi

HASANLY

UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində "Selye" - "Fiorentina" matçı mərkəzi qarşılaşmalardan biri olub.

King.Az xəbər verir ki, hesabı 27-ci dəqiqədə açan Ranyeri qonaqların qələbə qazanmaq əzmində olduqlarını göstərib.

Mandraqora 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə Sloveniya təmsilçisini ikinci dəfə meydançanın mərkəzinə dəvət edib.

Altı dəqiqə sonra Delorye-Şobe ev sahiblərinin matçda ilk qolunu vursa da, "Selye""nin bundan artığına gücü çatmayıb. Oyun "Fiorentina"nın 1-2 hesablı qələbəsi ilə nəticələnib.

1/4 final mərhələsinin daha bir maraqlı qarşılaşması "Real Betis" və "Yaqelloniya" arasında keçirilib.

İspanlar Polşa təmsilçisi üzərində inamlı qələbə qazanıblar - 2:0. "Real Betis"in qollarını 24-cü dəqiqədə Bakambu, 45+2-ci dəqiqədə isə Rodriges Karabolya vurublar.

Bu mərhələdə "Dyürqarden" - "Rapid" matçı da gərgin mübarizə şəraitində keçməsi ilə diqqət çəkib.

Tərəflər birinci hissədə qol epizodlarından yararlana bilməyiblər.

Görüşdə hesab 62-ci dəqiqədə açılıb. Findel öz qapısına qol vuraraq Avstriya təmsilçisini önə keçirib. Görüş "Rapid"in minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.