0
Bazar ertəsi
May 05

"Mançester Siti" 25 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro təklif edib

HASANLY

İngiltərənin "Mançester Siti" klubunun yayda əsas transfer hədəflərindən biri bəlli olub.

King.Az "Euro-sport"a istinadən xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"dən Morqan Gibbs-Uaytı heyətə qatmaq niyyətindədirlər.

"Mançester Siti" rəsmiləri təcrübəli yarımmüdafiəçi üçün "Nottingem Forest"ə 50 milyon avro təklif ediblər.

25 yaşlı yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırmaqda problem olmasa da, oyunçu ilə vidalaşmaq istəməyən klub rəsmiləri ilə danışıqlarda çətinliklər var.

Qeyd edək ki, Morqan Gibbs-Uayt cari mövsüm "Nottingem Forest"də 34 oyuna çıxıb, beş qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.