1
Şənbə
Noy 22

İstirahət gününün hava proqnozu açıqlandı - 23.11.2025

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan ərazisində noyabrın 23-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

King.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9°, gündüz 17-21°, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.