0
Cümə axşamı
Apr 24

Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

HASANLY

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

King.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Baş nazir Paşinyan belə bir praktikanı qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribatçı və qızışdırıcı praktikadır", - deyə o qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.