Bazar ertəsi
Fev 17

"Dakar"ın dördqat qalibi sağ ayağını itirəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Fransız şturman və "Dakar" rallisinin dördqat çempionu Matye Bomel sağ ayağının amputasiya olunacağını açıqlayıb.

King.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yayımlanan videoda deyib:

"Bildiyiniz kimi, 15 gün əvvəl acı bir hadisə yaşadım. Xəstəxanaya yerləşdirildim və hələ də oradayam. Özümü daha yaxşı hiss etdiyimi deyə bilərəm. Amma həyatımda çox mühüm bir qərar qəbul etməli olduğumu bildirməliyəm - sağ ayağım amputasiya olunacaq. Ayağım üçün tamamilə yeni karbon sistem quraşdırılacaq, amma bu artıq mənim ayağım olmayacaq. Sol ayağıma gəldikdə isə onu düzəltmək üçün iki əməliyyat keçiriləcək", - deyə idmançı məlumat verib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.