Cənubi Koreyada silahlanmış şagird müəllimə və uşaqlara hücum edib.
King.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verir.
Məlumata görə, hadisə nəticəsində altı nəfər yaralanıb.
Hücum Seuldan 110 km cənubda yerləşən Çxondju şəhərində baş verib. Hücum edən şəxs müəllimə və beş şagirdə üz və qarın nahiyəsindən xəsarətlər yetirib, lakin onların heç birinin həyatı üçün təhlükə yoxdur və vəziyyətləri kritik deyil.
Hücum edən şəxs özü isə özünü yaxınlıqdakı su anbarına atıb, lakin xilas edilib və xəstəxanaya çatdırılıb. İndi polis və müstəntiqlər şagirdin motivlərini və hadisənin başvermə şəraitini araşdırırlar.
Oxşar Mövzular

Son bir gündə vətəndaşların bank kartlarından 21 394 manat oğurlanıb
19-04-2025, 14:19
Keyt Middleton gözləniləndən daha tez kraliça ola bilər
13-12-2024, 16:43
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
15-09-2024, 16:08