0
Çərşənbə axşamı
Dek 03

Artur Beterbiyevlə Dmitri Bivol arasında keçiriləcək revanş döyüşünün vaxtı bəlli olub

HASANLY
Yarımağır çəkidə mübarizə aparan peşəkar boksçular Artur Beterbiyevlə Dmitri Bivol arasında keçiriləcək revanş döyüşünün vaxtı bəlli olub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu promouter Eddi Hirn açıqlayıb.

O bu qarşılaşmanın da keçiriləcəyi turnirin posterini paylaşıb. Beterbiyevlə Bivol arasında qarşılaşma 2025-ci il fevralın 22-də baş tutacaq. Döyüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq.

Qeyd edək ki, bu boksçular arasında oktyabrın 13-də keçirilən görüşdə qalib gələn Beterbiyev İBF, WBC, WBO kəmərlərini qoruyub, WBA Super və İBO-nun titullarını əldə edərək mütləq çempion adına sahib çıxıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.