Cümə axşamı
Apr 03

Hindistanda qırıcı təyyarə qəzaya uğradı: Ölən və yaralanan var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Jaguar" qırıcı təyyarəsi Qucarat ştatının qərbində kənd ərazisinə düşüb.

King.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Camnaqar aerodromundan havaya qalxan iki nəfərlik "Jaguar" təyyarəsi gecə uçuşu zamanı qəzaya uğrayıb. Pilotlar texniki nasazlıqla üzləşib, aerodroma və yerli əhaliyə heç bir zərər vurmadan eniş ediblər. Təəssüf ki, bir pilot aldığı xəsarətlərdən dünyasını dəyişib, digərinin isə xəstəxanada müalicəsi davam edir", - deyə Hindistan HHQ-dən bildirilib.

Hadisə təlim uçuşu zamanı baş verib, səbəbləri ilə bağlı araşdırma aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.