Bazar ertəsi
Mar 17

Tramp Baydenin yaratdığı iki qoruğu bağlamaq istəyir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ Prezidenti Donald Tramp iki böyük dövlət qoruğunun bağlanması barədə fərmanlar imzalamağa hazırlaşır.

Bu barədə King.Az "The Washington Post" qəzetinə istinadla xəbər verir.

Söhbət ABŞ-nin keçmiş lideri Co Bayden tərəfindən yaradılmış qoruqlardan gedir. Onlardan biri Kaliforniya ştatının cənubunda yerləşən Çakuolla qoruğu, digəri isə eyni ştatın şimalında yerləşən Sattitla-Haylends qoruğudur.

Materialda vurğulanır ki, D.Tramp ilk prezidentlik dövründə Yuta ştatında yerləşən digər iki dövlət qoruğunun sahələrinin kiçildilməsi barədə fərmanlar imzalayıb.

Lakin icmalçıların sözlərinə görə, hazırda ABŞ prezidentinin qoruqları tamamilə bağlamaq səlahiyyətlərinin olub-olmadığı məlum deyil.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.