0
Cümə axşamı
Avq 28

"Qarabağ"ın sayəsində Azərbaycan UEFA əmsallar cədvəlindəki yerini möhkəmlədib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini gücləndirib.

King.Az xəbər verir ki, Bakıda baş tutan oyunda "Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubuna uduzsa da, iki oyunun nəticəsinə görə Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi sayəsində ağdamlılar ölkəmizin reytinqinə 6 bonus xalı qazandırıblar.

Reqlamentə əsasən, bu xallar da Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb. Ona görə də yekun nəticədə əmsallar cədvəlinə daha 1.500 xal əlavə olunub. Bununla da xal ehtiyatını 21.000-a çatdıran Azərbaycan Ukrayna (19.850) və Sloveniyanı (20.468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

Builki qazancımız isə 3.875 xaldır. Ölkə reytinqinə "Qarabağ"ın 2.750 xal, avrokuboklarda artıq çıxışını dayandırmış "Sabah"ın 0.625 xal, "Araz-Naxçıvan"ın 0.375 xal və "Zirə"nin isə 0.125 xal gətirdiyi aydın olur.

Qeyd edək ki, Sloveniya və Ukrayna klubları bu gün Avropa və Konfrans liqalarında keçirdikləri oyunların nəticələrinə əsasən, Azərbaycanı əmsallar cədvəlində qabaqlaya bilərlər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.