"Nyukasl Yunayted"li Harvi Barnsın İngiltərə çempionatının XXI turunda "Lids Yunayted"lə oyunun 102-ci dəqiqəsində (101:48) vurduğu qol Premyer Liqa tarixində bu cür məlumatların saxlanmasına başlanılmasından (2006/2007 mövsümündən) bəri ən son qələbə qolu olub.
King.Az xəbər verir ki, bu barədə "OptaJoe X" məlumat yayıb.
Qeyd edək ki, Barnsın 102-ci dəqiqədə vurduğu qolun hesabına "Nyukasl Yunayted" rəqibini 4:3 hesabı ilə məğlub edib.
Hazırda "Nyukasl" turnir cədvəlində 32 xalla altıncı, "Lids" isə 22 xalla 16-cı yerdədir.
Oxşar Mövzular

Sabunçuda avtoqəza: Ölən var
19-12-2025, 14:57