Bazar
Yan 11

Məşhur gitaraçı Bob Veyr vəfat etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Grateful Dead" qrupunun yaradıcılarından biri, gitaraçı və mahnı müəllifi Bob Veyr 78 yaşında vəfat edib.

King.Az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə musiqiçinin ailəsi bəyanat yayıb".

Yaxınları bildiriblər ki, Veyr 2025-ci ilin iyulunda həkimlər ona xərçəng diaqnozu qoyublar.

Qeyd edək ki, 2024-cü ildə Veyr və "Grateful Dead" qrupu Kennedi Mərkəzi Mükafatının laureatları olublar. Veyr həmçinin musiqinin inkişafındakı xidmətlərinə görə "Qremmi" mükafatına layiq görülüb və rok üzrə Şöhrət Zalına daxil edilib.

Son vaxtlar Veyr "Bobby Weir & Wolf Bros" qrupu ilə çıxış edirdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.