ABŞ-ın Nyu-York məhkəməsi ermənipərəst siyasətçi və keçmiş senator Bob Menendesi korrupsiya, rüşvətxorluq və xarici dövlətlərin maraqları üçün lobbiçilik ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edib.
King.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
18 il Nyu-Cersi senatoru vəzifəsində işləmiş Menendes nüfuzundan lobbiçilik üçün istifadə etmək də daxil olmaqla, 16 maddə üzrə mühakimə olunub. 2022-ci ildə onun evində axtarış zamanı rüşvətlə əlaqəli 150 min dollar qızıl külçə və 480 min dollar pul tapılıb.
Prokurorluq isə cinayətlərinin görünməmiş xarakter daşıdığını əsas gətirərək, Menendesin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onunla birlikdə 10 ilə qədər həbs cəzası gözlənilən Vael Hana və Fred Deybs də məhkum edilib.
Xatırladaq ki, Menendes ABŞ-ın Azərbaycana helikopter satışına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmasını əngəlləyib.
O, həmçinin ABŞ-ın Azərbaycana hərbi yardımı və Türkiyəyə F-16 qırıcıları və onun komponentlərinin satışının qarşısını alıb.

Oxşar Mövzular