0
Çərşənbə
Yan 15

Burkina-Faso prezidenti: "Fransa Afrika sayəsində mövcuddur, bizə dua etsinlər"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Fransa Afrikanın sayəsində mövcuddur".

King.Az-ın "TRT Haber"ə istinadla verdiyi məlumata görə, bu barədə Burkina-Faso Prezidenti İbrahim Traore bəyan edib.

O, Fransa Prezidenti Emmanuel Makronun "Afrikalı liderlərin Fransaya təşəkkür etməyi unutduqları" fikrini sərt tənqid edib və bu ifadələri alçaldıcı adlandırıb.

"Makronun nankorluqla bağlı dediyi xüsusilə diqqətimi çəkdi. O, bütün afrikalıları təhqir etdi. Bu cənab Afrikanı və afrikalıları məhz belə görür. Biz onun gözündə insan deyilik. Əgər ateistdirsə, əgər dua edirsə, Afrikaya dua etməlidir. Fransa bu gün bizim əcdadlarımız sayəsində mövcuddur. Onlar bizə dua etməlidirlər", - deyə Traore bəyan edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.