0
Cümə
Dek 27

Azərbaycanlı futbolçu Albaniya Superkubokunu qazanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" klubu Albaniya Superkubokunu qazanıb.

King.Az xəbər verir ki, "Eqnatiya" finalda "Kukeşi" ilə qarşılaşıb.

2023/24 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan "Eqnatiya" Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi, bu dəfə də "Kukeşi"ni məğlub edib. Oyun 2:0 hesabı ilə yekunlaşıb.

Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.