0
Cümə axşamı
May 08

Son beş mövsümdə İLK DƏFƏ - Fİnal İspaniya və İngiltərəsiz olacaq

HASANLY

Ötən gün PSJ və "Arsenal" komandaları arasında baş tutan cavab matçından sonra UEFA Çempionlar Liqasının son beş mövsümündə ilk yaşanıb.

King.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının son beş mövsümündə ilk dəfə olaraq finalda İngiltərə və İspaniya təmsil olunmayacaq.

Yarımfinalda "Barselona"nı məğlub edən "İnter", ötən gün "Arsenal"dan üstün olan PSJ ilə finalda qarşılaşacaq.

Xatırladaq ki, əvvəlki dörd mövsümdə İngiltərə və ya İspaniyadan ən azı bir klub finalda iştirak edib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Münhendə baş tutacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.