0
Çərşənbə
Mar 12

Avstraliyalı dünya çempionunun onurğası Gürcüstanda keçirilən yarış zamanı sınıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Snoubord üzrə dünya çempionu, avstraliyalı Belli Brokxof Gürcüstanda keçirilən Dünya Kuboku zamanı yıxılaraq onurğasını sındırıb.

King.Az "ABC Australia"ya istinadən xəbər verir ki, 32 yaşlı idmançı təcili şəkildə Yunanıstanda xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Avstraliyanın Qış Olimpiya İnstitutunun baş icraçı direktoru Ceff Lipşut idmançının sağalması üçün əllərindən gələni etdiklərini bildirib.

Qeyd edək ki, B.Brokxof 2021-ci ildə dünya çempionu olub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.