Cümə axşamı
Dek 26

Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Dekabrın 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

King.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.