0
Çərşənbə axşamı
Dek 24

Yer kürəsini maqnit qasırğası vuracaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Dekabrın 25-də axşam saatlarında Yer kürəsini G1 sinfinə aid zəif maqnit qasırğası vuracaq.

King.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Qeyd olunub ki, maqnit qasırğası Moskva vaxtı ilə təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq və dekabrın 26-da saat 00:00-a (Bakı vaxtı ilə 01:00) qədər davam edəcək. Başa çatmaq üzrə olan 2024-cü ildə daha bir maqnit qasırğası gözlənilmir.

2025-ci ilin ilk ayı ən azı yanvarın 20-nə qədər sakit keçəcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.