Cümə axşamı
Dek 26

Qazaxıstanın baş naziri təhlükəsizliyin gücləndirilməsi ilə bağlı göstəriş verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktauda hökumət komissiyasının təyyarənin qəzaya uğradığı yerdə işi barədə məlumatı dinləyib.

King.Az-ın xəbərinə görə, bu barədə "Tengrinews.kz" nəşri məlumat verib.

Məlumata görə, xilasetmə xidmətləri axtarışları başa çatdırıblar. 38 nəfər ölüb, 29 nəfər xəstəxanaya yerləşdirilib. Bütün zərərçəkənlər müayinədən keçirilib və onlara lazımi köməklik göstərilib. Astanadan, Rusiya Fövqəladə Hallar Nazirliyindən və Azərbaycanın sanitar aviasiyasından (hava təcili yardımı - red.) mütəxəssislər cəlb olunub. Qohumlara yerləşmə, transfer və qidalanma ilə bağlı dəstək göstərilir. Tupkaraqan rayonunda fövqəladə vəziyyət rejimi qüvvədədir.

Bektenov aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı bir sıra tapşırıqlar verib.

"Bu acınacaqlı hadisə onu göstərir ki, biz də uçuş təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. İlk növbədə, plandankənar yoxlama aparmaq, hava limanlarının və hava gəmilərinin texniki vəziyyətini xüsusi nəzarətə götürmək lazımdır. Həyata keçirilən tədbirlər çərçivəsində aviaşirkətlərimizə məxsus hava gəmilərinin ekipajlarının kvalifikasiyasını, icazələrini və kompetensiyalarını yenidən yoxlamaq lazımdır. Təyyarə qəzalarına operativ reaksiya verilməsi məqsədilə qəza-xilasetmə işlərinin mexanizmini təkmilləşdirmək və maraqlı dövlət qurumlarının koordinasiyalı işini təmin etmək lazımdır. Bu vəziyyətdən düzgün nəticə çıxarmalı və gələcəkdə bunun qarşısını almaq üçün konkret tövsiyələr hazırlamalıyıq", - deyə baş nazir vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.