0
Şənbə
Okt 04

Tramp İsrailə çağırış etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp HƏMAS hərəkatının sülhə hazır olduğuna əminliyini ifadə edib və İsrailin Qəzza zolağını bombalamağı dərhal dayandırmasının zərurətini vurğulayıb.

King.Az bildirir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

"HƏMAS-ın yeni bəyanatını nəzərə alaraq, hesab edirəm ki, onlar davamlı sülhə hazırdırlar. İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək. Hazırda bunu etmək çox təhlükəlidir. Artıq işlənməli olan detalları müzakirə edirik. Burada söhbət yalnız Qəzza zolağından yox, Yaxın Şərqdə uzun müddətdir gözlənilən sülhdən gedir" , - deyə o vurğulayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.