Cümə axşamı
Dek 25

Mauro İkardinin meneceri transfer məsələsinə aydınlıq gətirib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Mauro İkardinin meneceri Elio Pino onunla bağlı yayılan transfer xəbərlərini təkzib edib.

King.Az xəbər verir ki, menecer 32 yaşlı futbolçunun yalnız "Qalatasaray"da oynamaq barədə düşündüyünü, transfer xəbərlərinin yalnız xəyaldan ibarət olduğunu qeyd edib.

Qeyd edək ki, dünya mediasında İkardinin bu qış transfer pəncərəsində "Qalatasaray"dan ayrılacağı barədə və İtaliya klublarının onunla maraqlandığına dair xəbərlər yayımlanmışdı.

Xatırladaq ki, "Qalatasaray"da 111 oyun keçirən Mauro İkardi 71 qol vurub və 22 məhsuldar ötürmə edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.